ABŞ əsgərləri kürd uniformasında
27 May 2016 12:19 DünyaPentaqon Rakka əməliyyatına qatılan ABŞ əsgərlərinin YPG uniformasında yayılan görüntülərinə münasibət bildirib. Axar.az bildirir ki, nazirliyin sözçüsü Piter Kuk ABŞ hərbçilərinin Suriya demokratik qüvvələrinə dəstək üçün bölgəyə göndərildiyini, lakin hərbi əməliyyatlarda iştirak etmədiyini deyib: "Xüsusi təyinatlı qüvvələr müəyyən bölgələrdə əməliyyatlara qatılarkən öz təhlükəsizliklərini təmin etmək məqsədi ilə bu addımı ata bilər". Pentaqon sözçüsü fotolardakı əsgərlərin ABŞ hərbçiləri olduğunu təsdiq etsə də, şəkillərin harada və nə vaxt çəkildiyi barədə məlumat verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00