Azərbaycanın işğal altında olan ərazilərdə xidmət aparan erməni əsgər öldürülüb. Erməni KİV-i xəbər verir. Məlumata əsasən əsgər Vaqe Eqoyanın cəsədi mayın 25-i, saat 18:20 radələrində aşkarlanıb. Onun Qarabağda şimal istiqamətdə olan hərbi hissələrdən birində naməlum şəraitdə öldürüldüyü bildirilir. Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00