Dənizdə miqrant faciəsi: 562 nəfər qurtuldu VIDEO
26 May 2016 12:43 DünyaLiviya sahillərində 600 miqrantın olduğu balıqçı qayığı çevrilib. İtaliya Hərbi-Dəniz Qüvvələrinin "Bettica" patrul gəmisi həmin an hadisə yerinin yaxınlığında olduğundan miqrantların əksəriyyətini xilas etmək mümkün olub. ABC bildirir ki, italyan hərbi dənizçilər 562 nəfəri xilas ediblər. Yerdə qalanlar dənizdə boğulublar.
Hərbçilərin dediklərinə görə, miqrantlar "Bettica"nı görəndə, çox yəqin, qəflətən qayığın digər tərəfinə yerdəyişmə etdiklərindən qayıq çevrilib.
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, son iki ildə Şimali Afrika və Yaxın Şərq ölkələrindən İtaliyaya Aralıq dənizindən qayıqlarla təqribən 320 min miqrant üz tutub. Onların 7 min nəfəri dənizdə batıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

