Putindən YENİ TƏKLİF: "Bunun üçün..."

Rusiya prezidenti Vladimir Putin Atlantik okeanından Sakit okeana qədər vahid əməkdaşlıq zonasını yaratmağı təklif edib. Publika.az bildirir ki, Putin təklifi Yunanıstanın "Katimerini" qəzetində dərc edilmiş məqaləsində səsləndirib. Onun sözlərinə görə, Ukrayna hadisələrdən lazımlı nəticələr çıxarmaq və Atlantik okeanından Sakit okeana qədər vahid əməkdaşlıq zonasının yaradılmasına başlamaq lazımdır. Dövlət başçısı qeyd edib ki, proses təhlükəsizlik arxitekturasına söykənməlidir. Putin qeyd edib ki, Rusiya Avropa Birliyi ilə bərabərhüquqlu və həqiqi əməkdaşlıq dialoqunun yaradılması ehtiyacını görür. Rusiya lideri hesab edir ki, Avropa Birliyi ilə münasibətlərdə həll edilməyən problem yoxdur. "Çoxplanlı əməkdaşlıq yoluna qayıtmaq "bir qapıya oyun" kimi qüsurlu məntiqdən imtina etmək, bir-birinin fikirlərini və maraqları nəzərə almaq lazımdır", - deyə Putin vurğulayıb.

Qeyd edək ki, Putin 27-28 may tarixlərində Yunanıstana rəsmi səfərə gedəcək. Bu, 2016-cı ilin ilk altı ayında Avropa Birliyinə Putinin birinci səfəri olacaq. Rusiya prezidenti 30 noyabr 2015-ci ildə Parisdə keçirilən BMT-nin iqlim üzrə konfransında iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00