Bu video internetdə "partlayış" yaratdı

Rusiyanın "Rossiya 24" telekanalının Suriyadakı xüsusi reportyorları Yevgeni Poddubnı və Aleksandr Puşinin Dəməşqdə çəkdikləri video sosial şəbəkələrlə yanaşı, Qərb mediasında "partlayış" effekti yaradıb. Milli.Az bildirir ki, videoda Suriya ordusunun paytaxt Dəməşqin Cobar səmtində terrorçulara qarşı hücum əməliyyatı əks olunub. Kadrlar "Crystal Method" qrupunun "High Rolle" mahnısı ilə müşayiət olunur. Pilotsuz uçan aparatlar vasitəsilə çəkilmiş videonu dünyanın ən məşhur media strukturları, o cümlədən ABŞ-ın CNN və Britaniyanın İTN telekanalları satın alıblar. New York Times isə bildirir ki, video "kompüter oyunundakı səhnələr"i xatırladır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31