Çin Böyük Britaniyanın kiberməkanına müdaxilə etməyəcəyinə dair söz verib

Çin Böyük Britaniyanın kommersiya sirlərinin oğurlanması üçün kibercasusluqdan istifadə etməməyə dair söz verib. Britaniyanın baş naziri Devid Kemeron deyib ki, kibercasusluqdan imtina haqda razılıq Çin və Böyük Britaniya arasında daha sıx əməkdaşlığa aparan yolda atılmış ilk addımdır. O əmin edib ki, hər iki ölkə təhlükəsizlik məsələlərinə diqqəti artıracaq və bir-biri haqda məxfi informasiyanın toplanılması və ya əqli mülkiyyətin oğurlanması ilə məşğul olmayacaq. "ICTnews.az" saytı "gazeta.ru" saytına istinadən yazır ki, məlumata əsasən, son zamanlar Britaniyanın Hökumət Rabitə Mərkəzi Britaniya şirkətlərinə edilmiş kiberhücumların təhlükəli səviyyəyə çatdığını bildirib. Mərkəzin əməkdaşlarının fikrincə, kiberhücumlar Rusiya və Çindən edilib. Çin Xalq Respublikasının sədri Si Szinpin Devid Kemeronla görüşdə, həmçinin insan hüquqları məsələsini müzakirə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31