İspaniyanın 12 aeroportunda ödənişsiz və limitsiz simsiz internet əlçatan olacaq
22 Oktyabr 2015 21:05 Dünyaİspaniyanın ödənişsiz internet xidmətlər üzrə ixtisaslaşmış "Eurona Telecom Wireless" texnologiya şirkəti oktyabrın 19-da aeroportların ödənişsiz "Wi-Fi" qoşulması ilə təmini üzrə öz proqramını işə salıb. Proqram eyni anda İspaniyanın 12 aeroportunda tətbiq edilib. "ICTnews.az" saytı "espanarusa.com" saytına istinadən yazır ki, indiyə kimi Pireney krallığında yerləşən 30 aeroport ödənişsiz "Wi-Fi" qoşulması təklif edirdi, ancaq hər bir müştəri üçün 30 dəqiqəlik limit qoyulmuşdu. "AVS" nəşrinin məlumatına görə, 2014-cü ildə 8 milyon sərnişin bu xidmətdən istifadə edib. Lakin indi İspaniyanın 12 aeroportunda internetdən istifadəyə heç bir limit olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31