“İnstagram” Canet Ceksonun konsertindən foto və video paylaşan səhifələri blok etdi
22 Oktyabr 2015 20:38 Dünya"İnstagram" sosial şəbəkəsi məşhur sənətçi Canet Ceksonun (Janet Jackson) konsertindən fotolar və videolar paylaşan istifadəçilərin səhifələrini blok edib.İKT.lent.az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, həmin istifadəçilərə müəllif hüquqlarına zidd hərəkət etdiklərinə dair xəbərdarlıq göndərilib. Bəzi səhifələr isə xəbərdarlıq edilmədən ümumiyyətlə, ləğv olunub. "İnstagram" nümayəndəsi etiraf edib ki, bir çox səhifə yanlışlıqla ləğv olunub, əslinsə isə xəbərdarlığa məhəl qoymayaraq foto və videoları səhifəsində saxlayan istifadəçilərin akkauntları ləğv olunmalıymış. Haqsız ləğv olunan səhifələr bərpa ediləcək.
Söhbət sənətçinin oktyabrın 2-də buraxdığı "Unbreakable" albomunu təbliğ etmək üçün çıxdığı qastrol turu haqda media materiallarından gedir. C. Ceksonun şərtlərinə görə, onun çıxışının foto və videoları internetdə yayılmamalıdır, rəsmi icazə almış fotoqraflar isə hər mahnının ifası zamanı yalnız 30 saniyə çəkiliş apara bilər.
"Unbreakable" sənətçinin son 7 ildə buraxdığı ilk plantinkadır. Bir həftə ərzində 116 min ədəd albom satılıb.
Xatırladaq ki, Canet Cekson əfsanəvi Maykl Ceksonun kiçik bacısıdır. O, ilk albomunu 16 yaşında olarkən - 1982-ci ildə buraxıb. C. Cekson filmə də çəkilib. 2011-ci ildə nəşr etdirdiyi "True You" kitabı "The News York Times"ın versiyasına əsasən bestsellerlər siyahısında ilk yeri tutub.