Diaspora
Azərbaycan prezidenti: “İstəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun”
“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq”. Bunu Azərbaycan prezidenti İlham ƏliyevTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla geniş tərkibdə keçirilən görüşdə bəyan edib.
"Dağlıq Qarabağ münaqişəsi həllini tapsa sabitlik olacaq"
Fransanın “Alternatives-Economiques” portalında Avropa Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, geosiyasətçi İlan Sialomun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi yayılıb.
Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi"
Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər.
DTX əməliyyat keçirdi- Casus şəbəkəsinin üzvləri ifşa olundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan Respublikası ərazisində casusluq yolu ilə toplanılan məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.
Azay Quliyev: ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu
ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən iclasında ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu. Bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. Onun sözlərinə görə, iclasda ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi.
ABŞ bu qadağanı ləğv etdi
Professor: "ÜAK-ın qeydiyyatının ləğvinə cəhd Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır"
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi illə bağlı məhkəmə iddiasının qaldırılması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə ciddi zərbə vurmaq məqsədi daşıyır. Bunu Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
Ağırlıq mərkəzi Bakıya keçir – Qarabağ üçün yeni fürsət
ADP: “Olland Azərbaycanın suveren hüquqlarına hörmətsizlik nümayiş etdirib”
Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, iclasda Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağla bağlı verdiyi açıqlamada Azərbaycanın bu bölgə üzərində olan suveren hüquqlarına hörmətsizlik nümayiş etdirməsi qətiyyətlə pislənilib.
Pakistan Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdi
Paksistan Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsi Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Məlumata görə, Azərbaycanın Pakistandakı səfirliyinin məlumatına görə, 2017-ci il fevralın 2-də Milli Assambleyasının xarici əlaqər üzrə daimi komitəsi 32-ci iclasında Azərbayca hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirərək qətnamə qəbul edib. Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pislənilir.
Putin 300 min əsgərlə iki böyük müharibəyə başlaya bilər - MƏRUZƏ
Toğrul Allahverdili: “Sərəncam erməni xalqında şok effekt yaradıb”
“Cənab Prezidentin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı Qarabağın və ətraf 7 rayonun işğaldan azad olunmasına ümidi daha da artırır”. Bunu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.
Diaspor təşkilatları da Lavrova etiraz etdi
Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının da ciddi narazılığına səbəb olub. Belə ki, Danimarkada fəaliyyət göstərən – Azərbaycan Vətən Cəmiyyeti, Rusiya xarici Işlər naziri Sergey Lavrovun “Qarabağ Azərbaycanin daxili işi deyil” tipli açıqlamasina etiraz bildirib. Bu barədə “OLAYLAR”-a məlumat verən cəmiyyətin sədri Səfər Sadiqi deyib ki, tarix boyu ermenilərə dəstək verən Rusiya bu gün də həmin siyasəti davam etdirir: “Qarabağ Azərbaycanin tarixi torpaqlarıdır. Biz BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb edirik”.




.jpg)









