Diaspora

"Bu günün sayəsində ölkəmiz bölünməkdən qurtuldu”- Fəzail İbrahimli

7 İyun 2018 14:48

“15 iyun tarixinin adı təsadüfən Qurtuluş günü deyil. Bu günün sayəsində Azərbaycanın müstəqilliyi qorundu və ölkəmiz bölünməkdən qurtuldu”. Bu fikirləri Milli Məclisin deputatı, tarixçi Fəzail İbrahimli deyib.

Deputatımız AŞPA-nın komitə iclasına qatılıb

4 İyun 2018 13:08

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya, miqrasiya komitələrinin iclaslarında iştirak etmək Fransaya səfər edib.

Beynəlxalq düzənə vurulan zərbə

19 Fevral 2018 14:36

Artıq 4 ildir ki, Ukraynanın Krım vilayəti Rusiya Federasiyasının nəzarəti altındadır. Dörd il bundan əvvəl qanlar bahasına və həm Kiyev, həm də beynəlxalq aləmlə gərgin ziddiyyətlər fonunda Krımı işğal edən Moskva atmış olduğu bu addıma görə çox təzyiqlərlə üzləşsə də, lakin inadından geri dönməyərək Krımı ələ keçirmək məqsədilə başladığı əməliyyatı məntiqi sonluğa çatdırdı. Tam 4 ildir ki, beynəlxalq aləm, Birləşmiş Ştatlar, Qərb, Avropa Rusiyanı Krımı işğal etdiyinə görə cəzalandırır desək yanılmarıq. İldən-ilə artan və kifayət qədər sərt xarakter alan sanksiyalar isə hələlik Rusiyanı yarı yoldan geri döndərməyə görünür kifayət etmir. Əksinə Rusiya bütün maneələrə və təzyiqlərə baxmayaraq Krımda məhkəmlənməyə davam edir.

Azərbaycanla korrupsiyada ittiham olunan Volonte bəraət aldı

13 Fevral 2018 16:34

Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Bunu millət vəkili Elxan Süleymanov deyib.

Ermənilər Avropada Qarabağ erməni separatçılığının SSRİ-ni dağıtması ilə öyünürlər

31 Yanvar 2018 11:25

AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyan Dağlıq Qarabağ separatçılıq hərəkatının 30 illiyi barədə mühazirə oxudu. Mühazirədə əsas leytmotiv SSRİ-nin dağılması üzərində idi; Qarabağ hərəkatı və SSRİ-nin bu hərəkata qarşı müqavimət göstərə bilməməsi nəticədə SSRİ-nin dağılmasına gətirib çıxartdı. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşü başlayıb

5 Dekabr 2017 11:20

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb. Məlumata görə, iclasda xarici işlər naziri Elmar Məmmədyarov də iştirak edir.

AŞPA-da ermənilərə sərt mesaj "populist çıxışlara son qoyun!"

13 Oktyabr 2017 11:10

AŞPA-da ölkəmizlə bağlı səsə qoyulan “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələrlə bağlı təşkilatdakı nümayəndə heyətimizin üzvü, qurumun miqrantlar, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova yazılı bəyanat yayıb. 

Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət nəzarət altındadır

9 Oktyabr 2017 13:07

Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov deyib. O

Ukraynanın xarici işlər naziri Azərbaycana gələcək

29 Sentyabr 2017 17:46

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin 2-3 oktyabrda Azərbaycanda rəsmi səfərdə olacaq. Azərbaycan Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, səfər çərçivəsində nazir Pavlo Klimkinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediləcək

29 Sentyabr 2017 13:25

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi 1999-cu ildə qəbul olunan Cinayət Məcəlləsindən sonra ən böyük qanun layihəsi hesab oluna bilər”.

Sarkisyan ABŞ prezidentinə qarşı çıxdı - BMT-də zidd fikirlər

20 Sentyabr 2017 17:10

Bu mövqe əvvəl-axır müharibəyə gətirib çıxaracaq. "Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasında dediyi sözlər ondan qabaq orada çıxış edən ABŞ prezidenti Donald Trampın fikirləri ilə tam ziddiyyət təşkil edir. Çünki D.Tramp dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü önə çəkib. Cənab Tramp öz müqəddəratını təyinetmə bəhanəsi ilə dövlətlərin sərhədlərinin pozulmasını qəbulolunmaz hesab edir. O getsin öz cılız təbliğatı və yalanlarını erməniləri himayə edənlərin qarşısında danışsın".

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 43-cü cildi çapdan çıxdı

19 Sentyabr 2017 16:07

"Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirə bilmişdir. Xarici siyasətdə uğurlarımızı təmin edən nədir? Daxildə gedən iş. Əgər daxildə işlər yaxşı səviyyədə qurulmayıbsa, istənilən ölkənin xarici siyasəti uğurlu ola bilməz. Daxildə möhkəm təməl üzərində qurulan iqtisadiyyat, sosial rifah, inkişaf, sabitlik, xalqla iqtidar arasında birlik - budur bizim ölkə kimi beynəlxalq mövqelərimizi gücləndirən amillər. O ki qaldı daxili işlərə, mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın. Bütün məsələlər öz həllini tapsın. Sosial, iqtisadi, mədəni - bütün sahələrdə gözəl işlər görülsün. Biz bu gözəl işləri gözəlləşən şəhərlərimizin gözəlləşən simasında görürük".

Deputat: Anti-Azərbaycan qüvvələri seçkilər ərəfəsində yenidən fəallaşıb

19 Sentyabr 2017 15:53

“Azərbaycanının uğurlarını gözügötürməyən ermənipərəst anti-azərbaycançı qüvvələr seçkilər ərəfəsində yenidən fəallaşmaqdadırlar”. Bunu millət vəkili Tahir Rzayev Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında deyib. “Bildiyiniz kimi, gələn il Azərbaycan cəmiyyəti, ictimai-siyasi həyatımız üçün çox vacib bir proses yaşanacaq. Yəni, Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ancaq çox təəssüflər olsun ki, yenə də bəzi anti-Azərbaycan dairələri  fəallaşmaqdadırlar. Onlar ölkəmizlə, uğurlarımızla bağlı yenidən ən müxtəlif təxribatlara əl atmmaqdadırlar.