Diaspora
Xarkov polisi bizə kömək etmir, “Azov” batalyonu isə hədələyir
Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamlarına hücum edən “Azov” batalyonunun hərbçilərinin axtarışı dayandırılıb. Azərbaycanlı iş adamları buna etiraz olaraq polis idarəsi qarşısında etiraz aksiyası keçiriblər.
Əli Həsənov: "Əminəm ki, bu qurultay Ümumrusiya Azərbaycan Konqresinin tarixində mühüm mərhələ olacaq"
"Əminəm ki, budəfəki forum Ümumrusiya Azərbaycan Konqresinin tarixində mühüm mərhələ olacaq, bu qurultay Rusiyada yaşayan həmvətənlərimizin mədəni-mənəvi cəhətdən daha sıx birləşməsinə şərait yaradacaq və əlbəttə, iki ölkə və iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə xidmət edəcək".
Aureliya Qriqoriu: Bakının vasitəçiliyi Rusiya-Türkiyə münasibətlərinin nizamlanmasına kömək edib
Azərbaycan diplomatiyasının ən parlaq nailiyyəti son dərəcə gərginləşmiş Rusiya-Türkiyə münasibətlərinin nizamlanması üzrə vasitəçiliyi olub. Bu sözləri Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələdə şəxsən iştirakı dövlət başçısının diplomatiya sahəsindəki böyük təcrübəsini nümayiş etdirib.
Seymur Orucov: “YAP GB müxtəlif istiqamətli layihələr həyata keçirib”
“Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər il olduğu kimi, yola saldığımız ildə də müxtəlif istiqamətli layihələr həyata keçirib, dövlət siyasətinə dəstək verməyə çalışıb. Belə ki, il ərzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi layihələr ölkə gəncliyinin inkişafına, maariflənməsinə səbəb olub”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Tramp bu gün yeni dövlət katibinin adını açıqlayacaq
Putindən dünyanı təəccübləndirən qərar
AMEA Yüksək Texnologiyalar Parkı yaradılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb.
Netanyahu yaxın 3 ay ərzində Azərbaycana səfər edəcəyini açıqlayıb
İsrailin baş naziri Benyamin Netanyahu növbəti 3 ay ərzində Azərbaycana səfər edəcək. APA-nın yerli “Homadia” saytına istinadən verdiyi məlumata görə, bu barədə o, ötən gün Nazirlər Kabinetinin iclası zamanı deyib.
"Azərbaycanın qlobal nüfuzu çox yüksək səviyyəyə qalxıb"
Monteneqro prezidenti Filip Vuyanoviç Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə təbrik edib.
Elmar Məmmədyarov uruqvaylı deputatlara Qarabağdan danışıb
Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Xerardo Amarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, Xerardo Amaria Azərbaycanı dünyada multikultural ənənə və dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verən ölkə kimi xarakterizə edərək, Forum təşəbbüsünün ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Azərbaycanın siyasi sistemində qadınların rolu artıb
Azərbaycan Konstitusiyasında dəyişikliklə bağlı keçirilən ümumixalq səsverməsində ictimai fəallıq müşahidə olundu. Ancaq xüsusilə qeyd etmək lazımdır ki, bu referendumda ölkə qadınları xüsiusi aktivkik göstəriblər. Hətta səsverməni izləyən beynəlxalq müşahidəçilər etiraf ediblər ki, seçkilərdə qadınların fəal iştirakı xüsusilə nəzərə çarpıb.
İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir
Xəbər verdiyimiz kimi dünən sentyabrın 21-də İrəvanda “İsgəndər-M” operativ-taktiki raketlərinin də nümayiş olunduğu hərbi paraddan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Müdafiə Nazirliyindən yayılmış qısa rəsmi məlumatda deyilir ki, müşavirə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında keçirilib. Müşavirədə “regionda yaranmış hərbi-siyasi vəziyyət” təhlil edilib.
Mehriban Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı seçilib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanın "Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı" seçilib.














