Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib
13:07 Daxili siyasətMilli Məclisin bu gün keçirilən iclasında "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş"in təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar"ın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31