Vilayət Eyvazovdan yeni təyinat
6 May 2024 14:19 Daxili siyasətDaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub.
Olaylar xəbər verir ki, əmrə əsasən polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Bağırov bundan öncə Göygöl rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. O, Xocalı rayon Polis Şöbəsində rəis vəzifəsində çalışmış mərhum Eldar Bağırovun oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31