Beynəlxalq Miqrasiya Təşkilatı regionlarda təlimlər keçirmişdir
15 Aprel 2019 12:38 SosialGoranboy-Gəncə, Azərbaycan. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə icra olunan "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı" layihəsi çərçivəsində BMqT 40 kankana (ənənəvi su təchizat sistemi olan kəhrizlərin bərpası və inşası ilə məşğul olan ustalar) "Kəhrizlərin bərpası zamanı təhlükəsizlik", "İlk Yardım" və "Cinsi istismarın və sui-istifadənin qarşısının alınması üzrə məlumatlandırma sessiyası" mövzuları üzrə təlim keçmişdir. Kəhrizlərin bərpası zamanı təhlükəsizlik məsələlərini əhatə edən birinci təlim BMqT-nin kəhriz sistemləri üzrə uzun müddətli təcrübəyə malik olan Baş Mühəndislər tərəfindən keçirilmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə BMqT ilkin yardım üzrə təcrübü biliklərlə zəngin olan İlk Yardım təlimini də təşkil etmişdir. Cinsi istismar və sui-istifadənin qarşısının alınması üzrə məlumatlandırma sessiyası da BMqT nümayəndələri tərəfindən iştirakçılara bu sahədə etik davranışların aşılanması məqsədilə keçirilmişdir.