BDU-da 200-dən çox tələbə seminara qatılacaq
Gənclər Fondunun dəstəyi ilə " Docendo Discimus: Təhsilin inkişafı dövlət strategiyası" layihəsinə start verilir
5 Mart 2014 11:59 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən " Docendo Discimus: Təhsilin inkişafı dövlət strategiyası" layihəsi ölkə prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının ölkəmizdə ali təhsil alan gənclərimizə öyrədilməsinə xidmət edir. Layihədə Dövlət təhsil siyasətindən ən son yeniliklər haqqında tələbələrə geniş informasiya verilməsi nəzərdə tutulub. Xüsusən, artıq icrasına başlanılan yeni təhsil strategiyasının məzmunu, əsası, məqsəd və vəzifələri, hədəfləri və icrası tələbələrə öyrəniləcək. Layihənin əsas məqsədi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı təhsilimizdə ən böyük yenilik kimi dəyərləndirməklə bu strategiya haqqında tələbə gəncləri maarifləndirməkdən ibarətdi. 10-14 mart tarixlərində Bakı Dövlət Universitetində keçiriləcək seminarlar üçün bukletlər və elektron təqdimatlar hazırlanıb. Layihədə keçiriləcək seminarlarda 200 tələbənin iştirakı nəzərdə tutulmuşdur, çap edilən bukletlər isə bütün təhsil müəssisələrində paylanılacaq. Seminarlar peşəkar təhsil ekspertləri və universitet müəllimləri tərəfindən aparılacaq.