Gəncədə “Ətraf mühit və Mən” adlı layihə həyata keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, "Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən Gəncə şəhərində "Ətraf mühit və Mən" adlı daha bir yeni, faydalı layihənin icrasına başlanılıb. Ətraf mühitin mühafizəsi mövzusuna xüsusi önəm verən, bu mövzuda daha çox gəncin maariflənməsinin vacibliyini əsas tutan  "Odlar Yurdu" GİB  "Qış məktəbi" həyata keçirəcək. Layihənin əsas məqsədi gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması və onların ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarətdir.

"Ətraf Mühit və Mən" layihəsi  üçün artıq gənclərin seçim mərhələsi başlanıb. Qış məktəbi dekabr ayının ilk həftəsində keçiriləcək. Layihəni uğurla bitirən iştirakçılar şəhadətnamələrlə təltif olunacaqlar. Layihə müddətində həmçinin  maarifləndirici video-çarx da hazırlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31