Avropalı gənclər Azərbaycana gələcək

"Azərbaycan - Avropa Gənclərinin Əməkdaşlığı" ictimai birliyi, Benelüks Azərbaycan Konqresinin Gənclər Təşkilatı ilə birgə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan və Avropa ölkələrinin gəncləri arasında əməkdaşlığın inkişafı" adı ilə növbəti beynəlxalq layihənin hazırlıq işlərini yekunlaşdırıb. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumata görə, layihə dekabrın 13-18-i tarixlərində Bakı və Quba şəhərlərində həyata keçiriləcək. Layihənin əsas məqsədi Avropada fəaliyyət göstərən gənclər təşkilatları ilə Azərbaycan olan gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsidir. Layihədə İtaliya, Niderland, İspaniya, Polşa, Estoniya, Slovakiya, Gürcüstan və Türkiyədən olan ümumilikdə 15 nəfər gənc iştrak edəcək. Layihə çərçivəsində xarici qonaqlara Azərbaycanın tarixi və mədəni abidələri ilə tanışlıq nəzərdə tutulub. Bir günlük Quba şəhərinə səfər çərçivəsində xaricilər Quba soyqırım məzarlığı ilə tanış olacaqlar, həmçinin regionun tarixi və mədəni abidələrinə ekskursiya təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31