İKT nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi mövzusunda görüş keçirilib
5 Noyabr 2013 16:21 SosialAzərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi" layihəsi çərçivəsində Ağstafa şəhərindəki Gənclər Mərkəzində görüş olub. Görüşdə layihəni müəlifi Əlimərdan Sultanov, Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetin müəllimi Murad Salman, Azərbaycanın Almaniyada diasporunun nümayəndəsi Bonn Universitetinin hüquq magsitrantı Orxan Tağıyev, Ağstafa rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və Ağstafa şəhərində yaşayan gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin müəllfi Əlimərdan Sultanov bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gənclərlə İKT-nin nailiyyətləri haqda müzakirələr aparmaq, bu nailiyyətlərdən düzgün şəkildə bəhrələnmək imkanlarını müzakirə etməkdi. İKT sahəsində əldə olunan inkişafdan danışan Əlimərdan Sultanov ölkəmizdə internetin sürəti məsələsinə də toxunaraq Azərbaycanın buna görə MDB ölkələri sırasında lider olduğunu qeyd edib. Görüşdə çıxış edən Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetin müəllimi Murad Salman İKT-nin təhsildə tətbiqi və əldə edilmiş son nailiyyətlər haqda məlumat verib. Tədbirdə çıxış edən Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquq magistrantı Orxan Tağıyev Almaniyada İKT sektorunun inkişafı haqda danışıb və bildrib ki, ictimai həyat və dövlət idarəçiliyində İKT nailiyyətlərinin tətbiqi Almaniyada prioritet istiqamətlərdəndi. Layihə çərçivəsində Azərbaycanın üç region şəhəri olan Ağstafa, Şəki və Lənkəranda gənclərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. "OLAYLAR" İA.