Dilimiz keçmə sözlərdən təmizlənəcək
4 Noyabr 2013 11:19 SosialAzərbaycan Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "Öz Sözümüz" layihəsi həyata keçiriləcək. Bu barədə təşkilatdan "Olaylar"a verilən məlumata görə, layihənin əsas məqsədi dilimizdə az istifadə olunan sözlərin təbliği, xarici sözlərin istifadəsini mümkün qədər azaltmaqdır. Layihə çərçivəsində rus və ingilis dilindən itifadə etdiyimiz sözlərin Azərbaycan dilində qarşılığı yazılan müxtəlif posterlər hazırlanacaq, ali və orta ixtisas təhsil müəssisələrində asılacaq. Tələbə-gənclərin diqqətini cəlb etmək üçün posterlər "əlvan sözlər"ilə hazırlanacaq. Layihə ərzində sözlərin qarşılığı olan bukletlər gənclərə paylanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31