Gənclərin İnkişaf Akademiyası yaradılır

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin İnkişaf Akademiyası" layihəsinin icrasına başlayıb. Mərkəzdən "OLAYLAR"-a daxil olan məlumata görə, layihə ölkəmizin müxtəlif şəhər və rayonlarından olan gənclərin ictimai və digər sahələrdə inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdən ibarətdir. Bakı, Sumqayıt, Mingəçevir, Ağcabədi və Hacıqabulda həyata keçiriləcək layihə, bir neçə mərhələdə icra olunacaq. Birinci mərhələdə sözügedən hədəf ərazilərdə "Gənclərin İnkişaf Akademiyası" yaradılacaq, onların strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcəkdir. İkinci mərhələdə isə yaradılmış Akademiyalar vasitəsilə gənclərin inkişafına yönəlmiş müvafiq işlərin aparılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31