Tələbələr üçün təqdimatlar keçirilir

Azərbaycan Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlayıb. Fonddan "OLAYLAR"-a daxil olan məlumata görə, təqdimat mərasimləri ilkin olaraq Xəzər Universitetində start götürüb. Oktyabrın 21-də isə anoloji tədbirlər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində təşkil olunub. Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim edilib.

Qeyd edək ki, təqdimatlar hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31