Daha bir boksçumuz mərhələ adladı
18 İyun 2015 19:49 İdmanBu gün Avropa Oyunlarında boks yarışları davam edir. Trend-in məlumatına görə, Azərbaycanı kişilər arasında 64 kq çəki dərəcəsində təmsil edən Lorenzo Sotomayor 1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçlə qarşılaşıb. Təmsilçimiz hər üç raundda rəqibindən üstün olub - 3:0. O, növbəti mərhələdə moldovalı boksçu Dmitri Qalaqot ilə döyüşəcək. Görüş iyunun 21-i saat 20:30-da keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl boksçumuz Teymur Məmmədov 1/16 final mərhələsində Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31