“Rəngli dünyanın sakinləri” fototəlim layihəsinin açılışı oldu
12 Mart 2014 12:24 MədəniyyətAzərbaycan Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqəsində Qasımov Əzizağa tərəfindən qalib olmuş "Rəngli dünyanın sakinləri" peşəkar fototəlim layihəsinin açılış mərasimi 10 mart 2014-cü il tarixlərində paytaxt Bakıda baş tutub. Layihənin əsas məqsədi "Rəngli dunyanın sakinləri" adı altında yaradıcı gəncləri bir araya toplamaq və fotoqrafiya sahəsində peşəakar təlimlər keçməkdir. Azərbaycanda daha öncələrdə müxtəlif bölgə, şəhər və rayonlarda o cümlədən paytaxtda müasir fotoqrafiyaya aid yaradıcı layihələr keçirilmişdir. Lakin bu layihənin fərqliliyi və özəlliyi ondan ibarətdir ki, layihə iştirakçıları paytaxtın müxtəlif universitet və məktəblərindən olan yeniyetmə və gənclərə peşəkar fotoqrafları tərfindən "master klass" təlimləri keçirilməklə bərabər tarixi abidələri çəkmə və daha sonra təşkil olunacaq sərgidə nümayiş etdirmə imkanı qazandırmaqdır.