Almaniya geri çağırdığı səfirini Moskvaya qaytardı

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb.

Olaylar bildirir ki, bu barədə adı çəkilən ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, diplomat Almaniyanın xarici işlər naziri Annalena Berbokun göstərişi ilə mayın 6-dan geri çağırılıb. Buna səbəb Almaniya Sosial Demokrat Partiyasının rəsmi Moskvanı özlərinə aid informasiya resurslarına kiberhücumlarda ittiham etməsi olub.

Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmin addımı rəsmi Berlin tərəfindən yol verilən qeyri-dost hərəkət adlandırıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31