Türkiyədə İŞİD əleyhinə əməliyyat keçirildi: 70 şübhəli saxlanıldı

Türkiyədə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı keçirilən "Kahramanlar-40" əməliyyatı çərçivəsində 70 nəfər şübhəli şəxs saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, Türkiyənin 16 vilayətində həyata keçirilən əməliyyat bu il yanvarın 9-da başlayıb və bu gün başa çatıb.

Əməliyyat zamanı aparılan yoxlamalarda xeyli miqdarda pul, "Hawala" pulköçürmə sisteminə aid qəbzlər və qeydlər aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31