Gözəl atlar diyarına səyahət - Kapadokiya Turuna Gedərkən Nələrə Diqqət Etməli?

Kapadokiya 60 Milyon il əvvəl Erciyes, Hasandağ və Güllüdağın püskürdüyü lavaların zamanla külək və yağışın aşındırması nəticəsində ortaya çıxmış bir şəhərdir.

Kapadokiya 60 milyon il əvvəl Erciyes, Hasandağ və Güllüdağın püskürdüyü isti  lavaların zamanla külək və yağışın aşındırması nəticəsində ortaya çıxmış bir şəhərdir. Hitit, Friq, Fars, Roma, Bizans və Səlçuq kimi  böyük  mədəniyyətləri özündə cəmləşdirən bu təbiət möcüzəsinin dünyada tayı-bərabəri yoxdur. Qayalarda oyulan  evlər və kilsələr bölgəni Roma imperiyasının  təzyiqlərindən qaçan  xristianlar üçün  böyük bir sığınacağa çevirib.

Kapodokiya fars dilində "Katpatuk" - "Gözəl atlar diyarı" deməkdir.

1985-ci ildə Kapodokiya UNESCO-nun Ümumdünya  İrs  Siyahısına  salınıb.

Bu rayonda insanlar Neolit dövründən (e.ə VIII-III minilliklər) məskunlaşıblar. Bundan daha öncə, 7-5 milyon il əvvəl indiki Kapadokiyanın sahəsi güclü vulkan püskürmələrindən dəyişikliyə   məruz qalıb. Bu dəyişiklik  nəticəsində Pəribacaları yaranıb. Beləliklə  bu fəlakət əslində bir gözəlliyin də yaradıcısına çevrilib.

Kapadokiyanın görməli yerləri

Aşağıda sadaladıqlarımız bu  gözəl  məkanın  ən  görməli  yerləridir:

Pəribacaları - Kapadokiya dedikdə ilk ağla gələn turist yeridir.

Görəmə Milli Parkı -1986-cı ildə qoruma altına alınıb. Qeyri-adı "Periwinkles" çiçəkləri ilə məşhur olan park Göremə açıq hava muzeyi ilə birlikdə buranın tarixi və etnoloji quruluşunu ortaya qoyur.

Uçhisar - Möhtəşəm Uçhisar qalasının ətəklərində tikilmiş  yaşayış sahəsidir. İpək yolu üzərində yerləşdiyindən    zəngin mədəni müxtəlifliyə malikdir.

Güllüdərə vadisi -Çavuşin və Göremə arasında yerləşir. 5 tarixi kilsə ilə xoş bir gediş marşurutudur.

İhlara vadisi - "Melendiz Stream" dərəsi yumşaq təməlinin eroziyası ilə formalaşıb.

Zelve Örən yeri - Avonosdan cəmi  3 kilometr uzaqlıqda yerləşir.  3 coğrafi  iqlimə   malikdir.

Ürgüp - gecə həyatı və bölgədəki turizm yerlərinin böyük əksəriyyəti burada olduğu üçün qalmaq üçün ilk yerdir. Ürgüpdəki otellər Kapodikayanın ürəyi olaraq tanınır. Bura ailələr üçün ideal tətil yeridir.

Paşabağ Rahiblər Vadisi, Derinquyu yeraltı şəhəri, Uçhisar qalası, Qaymaqlı yeraltı şəhəri, Kapadokya mağaraları, Göyərçin vadisi, Aşk vadisi, Mazi yeraltı şəhəri isə özlərinə məxsus möhtəşəm dekorasiya və tarixi dəyərləri ilə Kapadokiyada ziyarət edilməsi tövsiyə edilən turistlik yerlərdir.

Kapodokiyanın görməli yerləri

Kapadokiyanın ləzzətli təamları

Buranın məşhur yeməyi Testi kababıdır. Saxsı qabda çoban qovurma, "gömlek fasulyesi", məzələr, restorana məxsus isti təndir çörəyi, bölgəyə məxsus pendir çeşidləri - bir sözlə, mədənizin bayram edəcəyi mətbəxə sahibdir Kapadokya. Qiymətlər isə cox da baha deyil.

Kapodokiyanın məşhur yeməyi

Testi Kababı

Kapadokyaya nə vaxt səyahət etməli?

Hər il 2 milyon turistin ziyarət  etdiyi Kapadokyaya səyahətin ən gözəl vaxtı aprel-may, oktyabr-noyabr aylarıdır. İqlimi turizm üçün çox da əlverişli olmadığına görə  (qışı çox soyuq, yayı isə cox isti) qış və yayda getmək çox da məsləhət görülmür.

Ülkər Abdurahmanlı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31