Kəbədə Ramazan ayının ilk təravih namazı qılındı - Fotolar

Kəbədə Ramazan ayının başlaması ilə ilk təravih namazı sosial məsafə gözlənilməklə  qılınıb.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki,  peyvənd olunan və ya koronavirüsdən qurtulanların ziayrətinə icazə  verildikdən sonra Səudiyyə Ərəbistanı bu il  təravih namazlarının Məscidül-Haram və Məscid-i Nəbəvidə qılınacağını açıqlayıb. Ramazan ayında Məscidül-Hərama gündəlik ziyarət edənlərin sayı ümrə üçün 50 min nəfər, namaz qılanlar üçün 100 min nəfərə çatıb.

Xatırladaq ki, keçən il epidemiya səbəbiylə Məscidül-Haram və Məscid-i Nəbəvidə camaat olmadan təravih namazı qılınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31