Braziliyada İsa heykəli inşa edilir

İsa Məsihin  43 metr uzunluğunda heykəli tikiləcək.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, Braziliyanın Encantado şəhərində inşasına  iki il əvvəl başlanan İsa heykəlinin qolları və başı beş saata yığılıb. Hündürlüyü 43 metr olan heykəl dünyadakı üçüncü böyük Məsih heykəli olacaq. "Xilaskar İsa"  adlı heykəlin tamamlanması bu ilin sonuna planlaşdırılır. 

Heykəlin inşası üçün 350 min dollar ianə toplanılıb.

Qeyd edək ki,  digər iki heykəl İndoneziya və Polşadadır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31