Alman fotoqraf 10000 pinqvinlə yaşadı Foto
4 Mart 2021 11:08 Yer üzünə səyahətAlman fotoqraf və rejissor Stefan Kristmann Antarktidanın Atka Körfəzində 10000 pinqvin koloniyası yanında iki qış keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı o, BBC-yə müsahibəsində deyib. Kristmannın Antarktidadakı ilk qışı 2012-ci ildə olsa da, o, 2016-cı ildə "Dinastieschr" serialının pinqvin çəkilişləri üçün "BBC Natural History" komandasının iki həmkarı ilə Antarktidaya qayıdıb.

Fotoqraf Antarktidadakı günlərini "inanılmaz dərəcədə həyəcanlı və eyni zamanda darıxdırıcı" olduğunu qeyd edib.

Stefan Kristmann "Nəhəng bir inkubator kimi işləyən pinqvinlər başlarını qarşısındakı quşların çiyinləri arasında sıxaraq bir-birlərinə çox yaxın dururlar. Yığılmış bədən istiliyi elə bir istilik yaradır ki, pinqivinlərin toplaşdığı ərazinin mərkəzində 37 dərəcə istilik olur" deyə maraqlı məlumatlar verib.
Gülər Seymurqızı