İngiltərə təşviş içindədir
15 Yanvar 2021 10:23 Yer üzünə səyahətİngiltərə Krallığının güc simvolu olan "London Tower"da yaşayan iki quzğundan birinin öldüyü güman edilir.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, "Covid-19"un mutasiyaya uğradığı İngiltərə virusun sürətlə yayılması halları və ölümlərlə mübarizə apararkən krallığın gücünü simvollaşdıran qarğalardan birinin itməsi xəbəri ölkəni təşvişə salıb. Həmin qarğanın öldüyü güman edilir.
Qeyd edək ki, ingilis inancına görə, qalada altıdan az quzğun qalması İngiltərə üçün potensial bir fəlakətdən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31