NASA: 3 potensial təhlükəli asteroid yaxınlaşır
23 Dekabr 2020 11:05 Yer üzünə səyahətNASA-nın "Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi" (CNEOS) 3 potensial təhlükəli asteroidin yaxınlaşdığını açıqlayıb.
Olaylar.az xəbər verir ki, kosmik daşlar 25 dekabrda təhlükəsiz şəkildə planetin yanından keçəcəklər. Bunlardan ən böyüyü, diametri təxminən 200 metr olduğu təxmin edilən asteroid Yer kürəsindən 3 min kilometr uzaqlıdan keçəcək.
501647 (2014 SD224) adlanan asteroid son dəfə 2020-ci ilin yanvarında Yer kürəsinə yaxınlaşıb. Növbəti dəfə isə 2021-ci ilin dekabrında bizim planetin yanından keçəcək.
Qeyd edək ki, potensial təhlükə sayılan obyektlər Yer kürəsindən 6-7 min kilometr uzaqlıdan keçən və sahəsi 140 metr olan obyektlər hesab edilir.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31