Kosmosun zibildən təmizlənməsi üçün peyk hazırlanır

Yaponiyanın "JAXA" Aerokosmik Agentliyi lazerlə kosmik zibilləri məhv edə biləcək yeni peyk hazırlayır. Bu haqda "NHK" televiziya kanalı məlumat verib.

Sözügedən peykin inteqrasiya edilmiş lazer vasitəsilə nasaz texniki obyektləri, həmçinin başqa zəhərli materialları şüalandıracağı qeyd edilir. Bundan sonra kosmik zibil atmosferə tullanılacaq.

Yeni ixtira haqqında hələ ki heç nə məlum deyil. Ancaq alimlər üç ildən sonra peykin ilk texniki sınaqdan keçə biləcəyinə inanırlar. Onların sözlərinə görə, kosmik zibil mövzusu ciddi narahatçılıq doğurur. Artıq ölçüsü 10 sm-dən çox olan təxminən 20 min obyekt mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31