Türkiyə-Suriya müharibəsinin baş verməsinə bu ölkə səbəb oldu -ŞOK

İdlibdəki vəziyyətin gərginləşməsinə ABŞ səbəb olub.

Milli təhlükəsizlik mütəxəssisi türkiyəli Tələt Çətin yerli mətbuata açıqlamasında belə deyib. O bildirib ki, Soçi sazişi, İdlib barədə razılaşmalar Vaşinqtonu narahat edib. Buna görə də, ABŞ İdlibdəki terrorçuları silahlandıraraq, onları Rusiya bazaları və Suriya ordusunun mövqelərinə atəş açmağa təhrik edib. Mütəxəssisin sözlərinə görə, İdlibdəki təxribatlar vəziyyətin bu səviyyəyə çatmasına səbəb olub.

Türkiyəli mütəxəssis hesab edir ki, vəziyyətin gərginləşməsinə baxmayaraq, Türkiyə və Rusiya ortaq məxrəcə gələcək. Çünki Suriyada müharibə nə Ankaranın nə də Moskvanın maraqlarına uyğundur.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31