Dünyada zəngin insanların sayı artıb - 2,7 mln.

Dünyada zəngin insanların sayı artıb - 2,7 mln.

Ötən ilin nəticələrinə əsaəsn, dünyada zəngin insanların sayı 10% artaraq 2,7 milyon nəfərə çatıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə "Wealth-X" şirkəti məlumat yayıb.

Zəngin insanların ümumi sərvəti isə 26,6 trilyon dollar təşkil edir.

Şimali Amerika ən zəngin insanların sayının artımı üzrə lider olub. Tədqiqata əsasən, onların sərvətlərinin ümumi həcmi təxminən 15% artıb.

Qeyd edək ki, ən çox varlı insanlar Şimali Amerikada (1,05 milyon nəfər), Asiyada (734 min nəfər) və Avropadadır (678 min nəfər).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31