Asta hərəkət edən radio pulsar aşkar edildi
27 Oktyabr 2019 19:25 Yer üzünə səyahətPulsar və ekstraqalaktik radio partlamalarının tədqiqi çərçivəsində yeni radio pulsar kəşf edilib. Məlum olub ki, bu obyekt indiyə kimi aşkarlanan bütün radio pulsarlardan daha asta dövr edir.
Olaylar.az-ın teleqraf.com-a istinadən məlumatına görə, SUPERB layihəsi çərçivəsində Avstraliyanın Parks Rəsədxanasında aparılmış müşahidələr zamanı Mançester Universitetindən Vincent Morellonun başçılıq etdiyi astronomlar qrupu "PSR J2251-3711" adlandırılmış yeni çox uzun dövriyyə müddətinə malik radio pulsar aşkar edib.
Qeyd edək ki, pulsarlar çox sürətli dövr edən və maqnit qütblərindən güclü radiodalğaları yayan maqnitlənmiş neytron ulduzlardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31