“Super Yer kürəsi” kəşf edilib

“Super Yer kürəsi” kəşf edilib

Alimlər Günəş sistemindən kənar qalaktikaları araşdırarkən 111 işıq ili uzaqlıqda yerləşən "super Yer kürəsi" kəşf ediblər. London Universitet Kollecinin professoru Covanna Tinetti K2-18b adlandırılan bu yeni kəşfi "heyrətamiz" olaraq xarakterizə edib.

K2-18b adlı ekzotik planet ilk dəfə 2015-ci ildə NASA-nın Kepler kosmik teleskopu vasitəsilə kəşf edilib. O, Yer kürəsindən 8 dəfə böyükdür və ölçüsünə görə Yerlə Neptun arasında sıralanan superyer kateqoriyasına aid edilir. 

Tədqiqatçılar qeyd edir ki, K2-18b-nin atmosferi 0,01% -dən 50% -ə qədər su buxarından ibarətdir. Bu diapazon ekzoplanetin təsvirini çətinləşdirir. Belə ki, o, həm tamamilə su altında qala bilər, həm də gölləri, okeanları və geniş ərazini əhatə edə bilər.

K2-18b Günəş sistemi xaricində maye şəklində suyun və yaşayış üçün uyğun temperaturun olduğu yeganə məlum planetdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31