Sirli kosmik siqnallar qeydə alınıb
Sirli kosmik siqnallar qeydə alınıb
10 Sentyabr 2019 10:58 Yer üzünə səyahətDünyanın ən böyük sferik radioteleskopu ilə işləyən Çin astronomları təkrarlanan sürətli radio siqnallar (Yer kürəsindən təxminən 3 milyard işıq ili məsafəsində yerləşmiş mənbədən gələn müəmmalı siqnallar) qeydə alıblar. Bu haqda "Sinxua" agentliyi məlumat verib.
"Siqnallar dünyada 500 metrlik aperturaya malik ən böyük sferik radio teleskopu tərəfindən qəbul edilib, diqqətlə yoxlanılıb və təhlil edilib" - agentlik Çin Elmlər Akademiyasının yanında astronomik rəsədxanalarında işləyən mütəxəssislərin bəyanatından sitat gətirib.
FAST teleskopu kimi tanınan 500 metrlik aperturaya malik sferik radioteleskop Çinin cənubunda yerləşən Quyçjou əyalətinin dağlarında quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31