Marsda yadplanetlilər ailəsi kəşf edildi
Marsda yadplanetlilər ailəsi kəşf edildi
5 Sentyabr 2019 13:12 Yer üzünə səyahətAlimlər qrupu Marsda canlılara aid, ev və yanında parklanmış kosmik gəmini xatırladan bir obyekt tapdıqlarını söyləyiblər.
Elm adamları Marsda bir ev və parklanmış uçan gəmi ilə yaşayan yadplanetlilərə aid bir ailə tapıblar. Ufoloqlar NASA mütəxəssisləri tərəfindən çəkilən görüntünü diqqətlə araşdıraraq bu nəticəyə gəliblər və beləliklə Qırmızı Planetdə ağıllı bir həyatın olduğunu öyrəniblər. Məsələ burasındadır ki, əvvəlcə NASA görüntüsündə mütəxəssislər bir evə bənzər quruluş görüblər və obyekti daha ətraflı araşdırdıqda içərisindəki pəncərələrin açılışlarını tapıblar.
Görünüşü daha da araşdırdıqdan sonra mütəxəssislər naməlum uçan obyektin evin yanında yerləşdiyini, həqiqi ölçüsü hələ bilinmədiyini qeyd ediblər. Üstəlik, qeyd edildiyi kimi, mütəxəssislər yad məxluqların başlarının da bu NASA görüntüsündə olduğuna əmindirlər, ancaq elm adamları dəqiq bir söz deyə bilmirlər.
Ölkə.Az