Mənzərəli meteor yağışı bu həftə gecə səmasını işıqlandıracaq

Mənzərəli meteor yağışı bu həftə gecə səmasını işıqlandıracaq

Planetimizin sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar. Astronomların sözlərinə görə, "Perseid" meteor axını gecə səmasını bəzəyəcək.

Bu səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq.

NASA meteor mütəxəssisi Bill Kuk bildirib ki, kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda "düşən ulduz" kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.

Qeyd edək ki, "Perseid" meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31