Xarici siyasət
Oqtay Əsədov Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdədir.
Millət vəkili: “Paşinyana qarşı etirazlar çoxalacaq"
“Azərbaycan ordunun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parada hazırlaşır. Paradda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən qabaqcıl hərbi silahlarla silahlandığını görəcəyik. Hərbi pardaımızı bütün dünya izləyəcək. Ən çox maraqlı tərəf isə Ermənistandır. Çünki, onların hərbi paradda nümayiş etdirməyə və bizimlə üz-üzə çıxartmağa hər hansı bir texnikası yoxdur”. Bunu millət vəkili Azər Badamov deyib.
Zakir Həsənov: “O, insan deyil, mən ona insan deməzdim...”
Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanda müdafiə nazirinin keçmiş müavini, oliqarx və general-deputat Manvel Qriqoryanla bağlı rüsvayçı hadisəyə münasibət bildirib.
Piter Teys: "Ermənistan hər zaman beynəlxalq iştirakçıların mövqeləri ilə manipulyasiya etməyə çalışıb"
Ermənistan Azərbaycanın layiqli imicini qaralamaq əvəzinə diqqətini öz daxili problemlərinə cəmləməlidir. Bunu Qlobal siyasət və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
"Əminik, Qarabağ işğaldan azad ediləcək, azərbaycanlılar doğma yurdlarına qayıdacaq"
"Əminik ki, Qarabağ işğaldan azad ediləcək və azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar". Bunu Türkiyənin baş ombudsmanı Şərəf Malkoç "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Zakir Həsənov: "Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışır"
Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsilə bizdə inamsızlıq yaratmağa çalışır. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Oqtay Əsədov Çinə səfər edib
Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfər edib.
AŞPA-ya yeni prezident seçiləcək
İyunun 25-29-da Avropa Şurası Parlament Asambleyasının yay sessiyası keçiriləcək.
Politoloq: “Paşinyan az separatçı olmadığını sübut etməyə çalışır”
“Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Cu-30 CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın agentliyində yazısı yayınlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: “Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Elman Məmmədov: “Paşinyan Moskvada verilən təlimatı icra edir"
“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa növbəti səfəri onun Moskvaya gedib-gəlişindən dərhal sonra baş tutdu. Burada iki versiya ola bilər. Rəsmi Moskvanın təlimatı, tapşırıqları nə olubdusa Paşinyan da Dağlıq Qarabağa o məqsədlə gedib. Yəni rəsmi Moskva burada iki cür mövqe ortaya qoya bilər”. Bunu millət vəkili Elman Məmmədov deyib.
Arzu Nağıyev: “Ermənistan “Qarabağ kartı”ndan istifadə edir"
“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa növbəti səfərində əsas məqsəd ondan ibarətdir ki, bunlar “Qarabağ kartı”ndan istifadə etməkdə davam edirlər. Yəni yaxınlarda parlament seçkilərinə getməsi ilə bağlı məlum “Qarabağ kartı” seçkilərdə də mühüm rol oynayacaq. Bundan başqa son vaxtlar Qarabağda qeyri-stabil bir vəziyyət yaranıb. Çünki Bako Saakyan da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adamı, tərəfdaşı olduğu üçün məlum məsələdir ki, seçkilərdə hər hansı bir müsbət addım ata bilməyəcək. Buna görə də artıq 2021-ci ildə qondarma qurumun prezidentliyindən də imtina etməyə başlayıb”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.














