Oqtay Əsədov Çinə səfər edib

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfər edib.

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri  Məclisinin sədri Li Canşunun dəvəti ilə iyunun 19-da Çin Xalq Respublikasına rəsmi səfər edib.

Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Məclisinin rəhbərliyi və digər rəsmi şəxslərlə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq. Səfər iyunun 23-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31