Xarici siyasət

Çexiyanın Azərbaycanda yeni səfiri təyin olunub

31 İyul 2018 14:51

Çexiyanın Belarusdakı fəaliyyətdə olan səfiri Milan Ekert Azərbaycana səfir təyin olunub.

Politoloq: "Paşinyan indi də Türkiyəyə qırmaq atır"

31 İyul 2018 13:51

“Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibələrinin birində deyib ki, Ermənistan ilkin şərt irəli dürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə, sərhədi açmağa hazırdır. Bu açıqlamada yeni heç nə yoxdur. Eyni sözləri keçmiş prezidentlər Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan da deyirdilər. Buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaradıb”. Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

"Vaşinqtonda TAP layihəsi üzrə keçirilmiş danışıqlar D.Trampın Bakıya xüsusi diqqətini nümayiş etdirir" - Piter Teys

31 İyul 2018 13:09

"Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İtaliyanın baş naziri Cuzeppe Konte arasında Transadriatik boru kəməri (TAP) layihəsi üzrə keçirilmiş danışıqlar D.Trampın rəsmi Bakıya xüsusi diqqətini nümayiş etdirir". Bunu qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.