Xarici siyasət

""Lazerev klub”unda yer alanlar qaragüruhçulardır"

6 Dekabr 2018 13:16

“Əslində “Lazerev klub”u Ermənistanın keçmiş rəhbərləri Koçaryan və Sarkisyan tərəfindən yardılıb. Məqsəd Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək və onun məsuliyyətinə eyni zamanda Rusiya ilə bölüşmək istəyidir”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Arzu Nağıyev: "Ermənistanın builki qışı daha bərbad ola bilər"

6 Dekabr 2018 13:14

“Paşinyan əvvəlcədən yeni ilə qədər seçkilərin keçirilməsi və qələbə qazanmasına çalışırdı. Çünki Ermənistan üçün qış həddindən artıq sərt gələcək”. Bu fikirləri politoloq Arzu Nağıyev deyib.

Azərbaycan ilə NATO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

6 Dekabr 2018 12:58

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın 5-də NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib. XİN-in mətbuat xidmətindən bildiriblər ki, iclasda NATO-nun müttəfiqləri və əməliyyat tərəfdaşları Əfqanıstandakı təhlükəsizliklə bağlı vəziyyəti və sülh prosesindəki inkişafları müzakirə edib, bu ölkədə uzunmüddətli sülhə və sabitliyə sadiq olduqlarını bildiriblər.

Elmar Məmmədyarov İtaliyanın Lombardiya regionunun prezidenti ilə görüşüb

6 Dekabr 2018 12:55

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana ilə görüşüb.