Türk dövlətlərində daxili sabitliyin və ictimai həmrəyliyin qorunması vacibdir-Özəl

Türk dövlətlərində daxili sabitliyin və ictimai həmrəyliyin qorunması vacibdir-Özəl

"Beynəlxalq münasibətlər mühitində dövlətlərin dayanıqlılığı, milli maraqların qorunması, cəmiyyətlərin mənəvi-sosial müqavimət qabiliyyəti və gənc nəslin dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması təhlükəsizliyin ayrılmaz elementlərinə çevrilib. Bu reallıq fonunda Türk Dövlətləri Təşkilatı daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin TDT-yə üzv dövlətlərin təhlükəsizlik sahəsinə məsul rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu əməkdaşlığın əsas mahiyyətini aydın şəkildə ortaya qoydu".

"Olaylar" xəbər verir ki, bunu YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev deyib: "Dövlət başçısının çıxışında Türk dünyasının Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğu bir daha vurğulandı. "Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur" fikri Azərbaycanın Türk dünyası ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti ifadə edir. Bu yanaşma yalnız ortaq tarix, dil və mədəni irslə deyil, həm də qarşılıqlı inam, həmrəylik və birgə fəaliyyət üçün möhkəm əsaslarla şərtlənir. Son dövrlərdə TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi türk dövlətlərinin ümumi imkanlarının daha geniş şəkildə səfərbər olunduğunu göstərir. Azərbaycanın təşkilat daxilində fəal və təşəbbüskar mövqeyi də bu prosesdə ortaq gündəliyin formalaşmasına mühüm töhfə verir.

Cəmiyyətlərə yönələn müxtəlif xarici təsirlərin daxili sabitliyə təsir göstərə bildiyi indiki şəraitdə təhlükəsizlik məsələlərinə daha geniş yanaşılması zərurəti yaranır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Türk dövlətlərində daxili sabitliyin və ictimai həmrəyliyin qorunmasının vacibliyidir. Bu baxımdan dövlət başçısının gənclərlə bağlı səsləndirdiyi fikirlər xüsusi aktuallıq daşıyır. Dünyagörüşü və sosial mövqeyi hələ formalaşmaqda olan gənc nəslin müxtəlif təsirlərə və manipulyasiyalara məruz qala bilməsi təhlükəsizlik anlayışının daha geniş çərçivədə nəzərdən keçirilməsini tələb edir. Gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tarixi yaddaşın qorunması və müasir dünyanın çağırışlarının düzgün qiymətləndirilməsi uzunmüddətli ictimai sabitliyin mühüm şərtlərindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31