Rusiyada miqrantlara yeni qaydalar qoyuldu
8 Yanvar 18:31 Xarici siyasətRusiyada miqrasiya sahəsində yeni qaydalar tətbiq olunacaq. Yaxın günlərdə qanun layihələri Dövlət Dumasında müzakirəyə çıxarılacaq.
Milli.Az xəbər verir ki, parlament sədri Vyaçeslav Volodinun açıqlamasına görə, üç aydan artıq qalacaq xarici vətəndaşlar üçün tibbi müayinə müddəti 90 gündən 30 günə endiriləcək. Yoluxucu xəstəlik aşkarlanan miqrantlarla bağlı tibbi müəssisələr Daxili İşlər Nazirliyinə məlumat verməlidir.
Tibbi müayinədən yayınanlara inzibati cəzalar, cərimə və deportasiya tətbiq ediləcək. Həmçinin, saxta tibbi sənədlərin hazırlanması və dövriyyəsi ilə bağlı cəzalar da sərtləşdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31