Avropada müdafiə xərclərinin artırılmasına dəstək azalır - ÖZƏL
7 Oktyabr 2025 09:53 Xarici siyasətAvropada müdafiə xərclərinin artırılmasına dəstək azalır.
Avropalıların müdafiə sahəsinə daha çox sərmayə yatırılmasına dəstəyi azalır. Olaylar.az xəbər verir ki, Euractiv portalının məlumatına görə, hazırda avropalıların 67 faizi müdafiə xərclərinin artırılmasını dəstəkləyir. Bu göstərici 2024-cü ilin aprel ayı ilə müqayisədə 7 faiz bəndi azdır. Həmin dövrdə bu rəqəm 74 faiz təşkil edirdi.
Sorğunu "Polling Europe" tədqiqat şirkəti keçirib. Nəticələrə əsasən, regionlar arasında fərqlər müşahidə olunur: Cənubi Avropada respondentlərin 59 faizi, Mərkəzi və Şərqi Avropada 76 faizi, Şimali Avropada isə 73 faizi müdafiə xərclərinin artırılmasına tərəfdardır. İtaliyada bu göstərici cəmi 48 faiz, İspaniyada isə 68 faiz olub. Respondentlərin 48 faizi müdafiə sərmayələrinin Avropa Komissiyası səviyyəsində koordinasiya edilməsini dəstəkləyir, 41 faizi isə qərarların milli hökumətlər tərəfindən qəbul edilməsini daha məqsədəuyğun sayır.
Ümumilikdə, avropalıların 52 faizi hesab edir ki, qitə uzunmüddətli hərbi münaqişəyə hərbi baxımdan yetərincə hazır deyil.