İran ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmır

İran ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmır. Olaylar.az, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin istinadən verdiyi məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib. Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır. "Lakin biz ABŞ-ın regionda mövcudluğunu bəyənmirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik",  deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31