Medvedev: Baydenin Ukraynaya dəstəyi ABŞ-ın öz təhlükəsizliyinə sərmayədir - ÖZƏL
20 Noyabr 2023 12:16 Xarici siyasətMedvedev: "Pul + qan = yaxşı sərmayə. Çox Amerikansayağıdır"
Birləşmiş Ştatlar öz hərbi-sənaye kompleksinə və digər qitələrdəki müharibələrə sərmayə qoyur. Bu, Amerikanın təhlükəsizlik doktrinasının kvintessensiyasıdır.
Olayların verdiyi xəbərə görə, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Co Baydenin Ukrayna və Yaxın Şərq böhranları ilə bağlı məqaləsini şərh edərkən bildirib.
Amerika liderinin böyük təlatümlərin ABŞ-ı daha təhlükəsiz edə biləcəyinə dair sözlərinə işarə edən Medvedev qeyd edib ki, "Bu, Amerikanın təhlükəsizlik doktrinasının kvintessensiyasıdır. Təbii ki, başqaları onları maraqlandırmır", - deyə sədr müavini bildirib.
Medvedev həmçinin Baydenin Amerikanın Ukraynaya dəstəyinin ABŞ-ın öz təhlükəsizliyinə sərmayə olduğunu söylədiyi sözlərinə diqqət çəkib. "Pul + qan = yaxşı sərmayə. Çox Amerikansayağıdır" deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini yazıb.