İsveç Kralı XVI Qustav Azərbaycan səfiri Zaur Əhmədovu qəbul edib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" sosial şəbəkə hesabında bildirib.
"Əlahəzrət Kral və ülyahəzrət Kraliça, əlahəzrət vəliəhd şahzadə tərəfindən Kral Sarayında qəbul olunmaq şərəfinə nail oldum", - deyə diplomat qeyd edib.
Səfir vurğulayıb ki, görüş zamanı o, inkişaf etməkdə olan Azərbaycan-İsveç münasibətləri haqqında qarşı tərəfi məlumatlandırıb.