Azərbaycan və Rusiya arasında Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası müzakirə olunub

Oktyabrın 9-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb.

Bu barədə Olaylar.az-a Nazirlər Kabinetindən bildirilib

Qeyd edilib ki, görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində kooperasiya məsələləri müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31